ain.az, Bizim media portalına istinadən məlumat yayır.
ABŞ mərkəzli mərc platformasında İran müharibəsinin gedişatındakı hadisələr ilə bağlı təklif edilən oyunlar mübahisələrə səbəb olub.Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, bəzi istifadəçilərin kritik tarixləri düzgün proqnozlaşdıraraq milyonlar qazanması daxildən bilgilərin sızdırılması iddialarını gündəmə gətirib.ABŞ-ın fevralın 28-də İrana hücum etməsi barəsində mərclərin günlər əvvəldən qoyulduğu məlum olub.
Hücumdan əvvəl tarixi düzgün proqnozlaşdıran bəzi istifadəçilərin 1 milyon dollardan çox pul qazandığı müəyyən edilib.
ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Trampın platformanın sərmayəçiləri arasında olması mübahisələri artırıb.Saytda ən populyar mərc mövzularından biri atəşkəs tarixi olub. Bu mövzuya milyonlarla dollar sərmayə qoyulub, istifadəçilərin əksəriyyəti müharibənin ilin sonuna qədər bitəcəyini proqnozlaşdırıb.Naibə, Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.