AZ

Ağdamda mina partlayıb, yaralanan var

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdamda mina hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun işğaldan azad olunmuş Yusifcanlı kəndi ərazisində baş verib.

İlkin məlumata görə, həmin kənd sakini 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu minaya düşərək xəsarət alıb.

Hadisə ilə bağlı dərhal ANAMA əməkdaşları əraziyə cəlb olunub. Hazırda zərərçəkmiş şəxsin təhlükəli zonadan çıxarılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
unikal.az

1Mənbələr