AZ

Azərbaycanla yeni müharibə? Kəşfiyyat məlumatı var

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Yeni münaqişə və digər iddialar həqiqətə uyğun deyil. Kəşfiyyat məlumatlarına görə, mövcud silah-sursatın böyük hissəsi yerində qalıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Müxalifətin hakimiyyətə gəlmək iddiasından danışan Paşinyan bildirib ki, Qarabağda yaşananların Ermənistanda da həyata keçirilməsini istəyən qüvvələr var:

“Qarabağda “hakimiyyət dəyişikliyi” oldu, bir-birilərini təbrik etdilər, amma sonra baş verənlər göz önündədir.

Bu müxalifət hakimiyyətə gəlsə — bunu xalqla əlaqələr nəticəsində istisna edirəm — niyə müharibə olacaq? Səbəb odur ki, bu qüvvələr sülhü gözdən çıxarmaq prinsipi ilə çıxış edirlər”.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
globalinfo.az

1Mənbələr