AZ

İki ölkə razılığa gəldi: Rusiya və Çini izləyəcəklər

Avstraliya və Almaniya silahlı qüvvələrin statusu haqqında razılaşma, eləcə də erkən aşkarlama sisteminin yaradılmasını nəzərdə tutan kosmik müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlar.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat verir.

Məlumata görə, silahlı qüvvələrin statusu haqqında razılaşma iki ölkənin hərbçilərinin bir-birinin ərazisindəki işini asanlaşdıracaq, kosmik müdafiə sahəsində müqaviləsi isə Avstraliya və Almaniyaya "Rusiya və Çin tərəfindən təhlükələri aşkarlamaq üçün erkən xəbərdarlıq kosmik sistemləri"ni birgə inkişaf etdirməyə kömək edəcək.

"Biz orada baş verənlərdən xəbərdar olmalıyıq. Bu, öz sistemlərimizi qorumağın yeganə yoludur. Bunu kosmosda erkən xəbərdarlıq sistemi adlandırmaq olardı", - deyə telekanal Almaniyanın müdafiə naziri Boris Pistoriusun sözlərindən sitat gətirib.

Eyni zamanda, Almaniyanın müdafiə naziri qeyd edib ki, etibarlılığın, dürüstlüyün və proqnozlaşdırıla bilənliyin azaldığı bir dünyada Avstraliya kimi eynidüşüncəli ölkələrlə tərəfdaşlıq münasibətləri həmişəkindən daha vacibdir.

Həmçinin bildirilir ki, hər iki razılaşma Pistoriusun Avstraliyaya səfəri zamanı imzalanacaq.

"Cebheinfo.az"

Seçilən
31
1
cebheinfo.az

2Mənbələr