AZ

SON DƏQİQƏ! Ağdamda mina partlayışı – Yaralanan var

Ağdamın işğaldan azad olunmuş Yusifcanlı kəndində mina partlayışı baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu xəsarət alıb.

Hazırda ANAMA əməkdaşları yaralının ərazidən çıxarılması üçün hadisə yerindədir.

Faktla bağlı araşdırma davam edir.

Bizim.Media, Qarabağ bürosu

Seçilən
49
3
bizim.media

7Mənbələr