AZ

Kişilərdə artıq çəki ciddi risk yaradır

Kişilərdə

Mütəxəssislər düzgün qidalanma və həyat tərzi dəyişikliklərinin vacibliyini vurğulayır.İnkişaf etmiş ölkələrdə artıq çəki və piylənmə getdikcə daha ciddi problemə çevrilir. Rusiyada bu diaqnozla yaşayanların sayı təxminən 57 faiz, yəni 82 milyondan çoxdur və onların yarısına yaxını kişilərdir.Ulusum.az xəbər verir ki, bu barədə Verba Mayr sağlamlıq mərkəzinin mütəxəssisləri məlumat veriblər.Cəmiyyətdə artıq çəki ilə mübarizənin daha çox qadınlara aid olduğu düşünülür. Kişilər isə çox vaxt çəkilərinin əhəmiyyətli olmadığını hesab edirlər. Halbuki mütəxəssislər bildirir ki, kişilərdə artıq çəki daha ağır fəsadlara səbəb ola bilər. Ulusum.az xəbər verir ki, bu barədə aparılan araşdırmalar da bunu təsdiqləyir. Qeyd olunur ki, kişilərdə piylənmə qadınlara nisbətən daha asan müalicə oluna bilər. Bunun əsas səbəbi kişi orqanizminin yağ toxumasını daha az toplaması və onu daha tez itirməsidir.Artıq çəkidən qurtulmaq üçün ilk növbədə qidalanma rejimini dəyişmək vacibdir. Fastfud, qızardılmış yeməklər və şirniyyatların rasiondan çıxarılması tövsiyə olunur. Bu cür qidalar yüksək kalorili olduğu üçün həddindən artıq yeməyə səbəb olur.Gündəlik menyuda az yağlı və şəkərsiz məhsullar, liflə zəngin qidalar (meyvə, tərəvəz, tam taxıllar) və Omeqa-3, Omeqa-6 kimi faydalı yağ turşuları üstünlük təşkil etməlidir.

Diqqət Çəkənlər

Mədəni Diplomatiya

Hörmüzün bağlanmasına cavabdeh olan komandan ÖLDÜRÜLDÜ

Yağış yağacaq, subasma ehtimalı var - Sabahın HAVASI

Seçilən
83
3
ulusum.az

4Mənbələr