Ağdamda mina hadisəsi baş verib.
HİT.az xəbər verir ki, hadisə rayonun işğaldan azad olunmuş Yusifcanlı kənd ərazisində qeydə alınıb.
Kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu minaya düşərək xəsarət alıb.
Hazırda ANAMA əməkdaşları yaralının ərazidən çıxarılması üçün hadisə yerinə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.