AZ

Rusiya İrana dron tədarükünə hazırlaşır

Rusiya ilə İran arasında hərbi əməkdaşlıqla bağlı yeni iddialar ortaya çıxıb.

News365.az xəbər verir ki, Financial Times nəşrinin yazdığına görə, ABŞ və İsrailin İrana ilk zərbələrindən sonra Moskva Tehrana pilotsuz uçuş aparatlarının (PUA) tədarükünü gizli şəkildə müzakirə etməyə başlayıb.
Məlumata əsasən, iki mənbə bildirib ki, dronların göndərilməsi ilə bağlı hazırlıqlara mart ayının əvvəlində start verilib və bu prosesin ayın sonuna qədər tamamlanması planlaşdırılıb.

Qərb təhlükəsizlik dairələrindən olan nümayəndələrdən biri isə qeyd edib ki, Rusiyanın İrana hansı konkret dron modellərini təqdim edəcəyi hələ dəqiq məlum deyil. Bununla belə, Moskvanın “Geran-2” kimi modelləri ötürə biləcəyi ehtimal olunur. Bu dronların İran istehsalı olan “Shahed-136” bazasında yaradıldığı bildirilir.

Ekspertlər isə hesab edir ki, İranın əsas ehtiyacı mövcud dronların sayını artırmaq deyil, daha müasir texnologiyalara sahib sistemlər əldə etməkdir.

Seçilən
37
2
news365.az

3Mənbələr