AZ

SEPAH-ın HDQ komandanı öldürülüb

BAKI, 26 mart. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri Bəndər-Abbas şəhərində həyata keçirilən zərbə nəticəsində öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə “Times of Israel” nəşri rəsmi mənbəyə istinadən məlumat yayıb.

İsrailli rəsmi bildirib ki, Tanqsiri Hörmüz boğazının bağlanmasına görə məsuliyyət daşıyıb.

Məlumata görə, hələlik nə İran tərəfi, nə də İsrail ordusu hücumla bağlı rəsmi açıqlama verib.

Seçilən
42
teleqraf.com

1Mənbələr