AZ

Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

Sabah
Martın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7 dərəcədən 9 dərəcəyədək, gündüz 11 dərəcədən 13 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 90-95 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7 dərəcədən 10 dərəcəyədək, gündüz 12 dərəcədən 16 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən 3 dərəcəyədək, gündüz 3 dərəcədən 5 dərəcəyədək olacaq.

Seçilən
9
42
1news.az

10Mənbələr