AZ

Ermənistan 2029-cu ilədək Aİ-dən 143 milyon avro alacaq

Ermənistan hökuməti martın 26-da keçirilən iclasda 2026-2028-ci illərdə İrəvana 143 milyon avronun verilməsini nəzərdə tutan Avropa Komissiyası ilə "Çoxsahəli büdcə dəstəyi müqaviləsi"ni təsdiqləyib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Maliyyə paketi iki komponentdən ibarətdir: 90 miloyon avro birbaşa büdcə dəstəyi və Ermənistanın institusional potensialının artırılması üçün 53 milyon avro texniki yardım.

Bu vəsaitlər dövlət maliyyəsinin idarə edilməsinin yaxşılaşdırılmasına, Ermənistan ixracının şaxələndirilməsinə, viza rejiminin liberallaşdırılması ətrafında dialoqa, qanunun aliliyinə, eləcə də məşğulluq və sosial inteqrasiya sahələrinə yönəldiləcək.

"Cebheinfo.az"

Seçilən
17
6
cebheinfo.az

7Mənbələr