AZ

Milli Məclisin sədri Sahibə Qafarova Asiya üçün Boao Forumunda çıxış edib (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikasınaişgüzar səfəri çərçivəsində Asiya üçün Boao Forumunın İllikKonfransında çıxış edib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, Spiker Sahibə Qafarova çıxışında ilk olaraq, BoaoForumunun əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, artan geosiyasigərginliklər, daha da dərinləşən bərabərsizliklər və qlobalçağırışlar dövründə dialoq və əməkdaşlığın artıq seçim deyil,zərurət olduğunu söyləyərək, bu baxımdan, Boao Forumunun kollektivdüşüncə və əlaqələndirilmiş fəaliyyət üçün mühüm bir platforma kimiçıxış etdiyini söyləyib. Onun sözlərinə görə, 25 ildən artıqmüddətdə Forum öz dəyərini sübut edib, liderlərin və ekspertlərinbir araya gələrək praktik həll yolları irəli sürdüyü, davamlıinkişafı təşviq etdiyi və beynəlxalq əməkdaşlığı gücləndirdiyi birməkan kimi tanınıb.

Milli Məclisin sədri çıxışında, həmçinin müasir beynəlxalqarenada Çinin artan roluna diqqət çəkərək, deyib ki, Çin bu gününbeynəlxalq münasibətlər sistemində mühüm və konstruktiv roloynayır. Onun sözlərinə görə, Çinin iqtisadi, sosial və texnolojiinkişaf sahəsində əldə etdiyi möhtəşəm nailiyyətlər və bu uğurlarıbölüşmək səyləri bəşəriyyət üçün ortaq gələcəyə əsaslanan, irəliyəyönəlmiş baxışı əks etdirir. O, inamını ifadə edib ki, Çin XalqNümayəndələri Yığıncağının qəbul etdiyi 15-ci Beşillik Planınuğurla icrası bu baxışı daha da inkişaf etdirəcək vəgenişləndirəcək.

Spikerin sözlərinə görə, Çin Xalq Respublikasının sədri SiCinpin tərəfindən irəli sürülmüş və Azərbaycan tərəfindən dədəstəklənən Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik, QlobalSivilizasiya və Qlobal İdarəetmə təşəbbüsləri əməkdaşlıq,qarşılıqlı hörmət və ortaq məsuliyyət əsasında daha inklüziv,təhlükəsiz və dayanıqlı dünya qurmaq üçün əməkdaşlığa, qarşılıqlıhörmətə və ortaq məsuliyyətə əsaslanan hərtərəfli çərçivə təqdimedir.

Milli Məclisin sədri çıxışında Azərbaycan və Çin münasibətlərinədair tədbir iştirakçılarına məlumat verib. Sahibə Qafarova deyibki, ortaq baxışlar ölkələri bir-birinə yaxınlaşdırır. Onunsözlərinə görə, gələn il - Azərbaycan ilə Çin arasında diplomatikmünasibətlərin qurulmasının 35 illiyini qeyd etməyə hazırlaşdığımızbir vaxtda, bu münasibətlər artıq yeni səviyyəyə yüksəlib. Spikervurğulayıb ki, son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlər,o cümlədən Prezident İlham Əliyevin Çinə səfərləri, strateji vəhərtərəfli strateji tərəfdaşlığa dair Birgə Bəyannamələrinimzalanması ölkələrimiz arasında siyasi dialoqun dərinliyini,qarşılıqlı etimadı və genişlənən əməkdaşlığı açıq şəkildə nümayişetdirir. O, Azərbaycanın Çinin təşəbbüslərini tam dəstəklədiyini vəbu prinsipləri bölüşdüyünü qeyd edib.

Milli Məclisin sədri Forum iştirakçılarının diqqətinə çatdırıbki, Azərbaycan təxminən üç onillik davam edən işğala məruzqaldıqdan və beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü vəsuverenliyini bərpa etdikdən sonra suverenlik, ərazi bütövlüyü vədaxili işlərə qarışmama prinsiplərinə xüsusi əhəmiyyət verir.Spiker Sahibə Qafarova Prezident İlham Əliyev tərəfindən müəyyənedilən milli baxışın sülhə, inkişafa, çoxtərəfliliyə, qarşılıqlıhörmətə və əməkdaşlığa əsaslandığını vurğulayaraq, deyib ki, bubaxış ardıcıl şəkildə praktik addımlara çevrilir.

Spiker Sahibə Qafarova çıxışında Azərbaycanın Prezident İlhamƏliyevin rəhbərliyi ilə qlobal təşəbbüsləri barədə tədbiriştirakçılarına məlumat verib. Onun sözlərinə görə, QoşulmamaHərəkatına sədrliyi dövründə Azərbaycan fəal şəkildə Qlobal Cənubunmaraqlarını təşviq edib və Hərəkatın institusional əsaslarınınmöhkəmləndirilməsinə töhfə verib. Onun sözlərinə görə, Prezidentİlham Əliyevin təşəbbüsü ilə yaradılan və hazırda Azərbaycan MilliMəclisinin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsiparlamentlərarası əməkdaşlıq vasitəsilə ümumi məqsədlərə nail olmaqüçün mühüm platforma təqdim edir.

Həmçinin, diqqətə çatdırılıb ki, COP29-a ev sahibliyi edənAzərbaycan Qlobal Şimal və Cənub arasında fikir ayrılıqlarınıaradan qaldırmaq və qlobal iqlim gündəliyi üzrə əsas nəticələrinəldə olunmasına töhfə vermək üçün fəal çalışıb.

Spiker Azərbaycanın, həmçinin Qlobal Bakı Forumu kimiplatformalar vasitəsilə sivilizasiyalararası dialoq,multikulturalizm və tolerantlığın təşviqi kimi məsələlər üzərindəfəal işləməyə davam etdiyini də vurğulayıb.

Milli Məclisin sədri, həmçinin yaxın aylarda AzərbaycanınÜmumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini, o cümlədən2026-cı ilin payızında Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət vəEtimad Quruculuğu üzrə Müşavirənin Zirvə Toplantısınınkeçiriləcəyini xatırladaraq, deyib ki, bu da ölkəmizin beynəlxalqəməkdaşlığa sadiqliyini daha da möhkəmləndirəcək.

Milli Məclisin sədri çıxışında, həmçinin diqqətə çatdırıb ki,son qlobal proseslər bir daha göstərdi ki, enerji təhlükəsizliyi,nəqliyyat və kommunikasiya strateji baxımdan nə qədər vacibdir.Spiker Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan geniş bir regiondaenerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır, eynizamanda yaşıl enerji sahəsinə davam edən investisiyalar bu töhfənidaha da gücləndirəcək.

Çıxışda, həmçinin Azərbaycanın Avrasiya üzrə əsas nəqliyyatqovşaqlarından birinə çevrildiyi, “Bir Kəmər, Bir Yol” təşəbbüsününilk dəstəkçilərindən biri kimi, onun inkişafına fəal şəkildə töhfəverməyə davam etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, AzərbaycanÇindən sonra bu təşəbbüsə ən böyük sərmayə qoyan ikinci ölkədir.Bildirilib ki, bu gün Orta Dəhliz Avropanı Mərkəzi Asiya və Çin iləXəzər dənizi vasitəsilə birləşdirən ən optimal və təhlükəsizmarşrutlardan biri olduğunu sübut edib. Bundan əlavə, MilliMəclisin sədrinin sözlərinə görə, Azərbaycan və Ermənistan arasındasülh prosesi çərçivəsində ölkəmizin qərb rayonları ilə NaxçıvanMuxtar Respublikası arasında nəqliyyat və kommunikasiyaəlaqələrinin bərpası Orta Dəhlizin səmərəliliyini daha daartıracaqdır. Xüsusilə, Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirənetibarlı və səmərəli marşrut kimi özünü doğrultmaqdadır.

Spiker Sahibə Qafarova çıxışının sonunda deyib ki, Prezidentİlham Əliyevin vurğuladığı kimi, layihələrimiz yalnız iqtisadifaydalar gətirmək üçün deyil, eyni zamanda sabitliyi, qarşılıqlıbağlılığı və xalqlar arasında etimadı təşviq etmək üçün nəzərdətutulub. Boao Forumu da bir daha tərəfdaşlıq, dialoq və qarşılıqlıhörmət vasitəsilə ümumi çağırışların öhdəsindən səmərəli şəkildəgələ və daha sabit, firavan gələcək qura biləcəyimizi göstərir.

Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Seçilən
54
16
az.trend.az

10Mənbələr