AZ

"Cəbhədə yeni mərhələ: Rusiya təşəbbüsü yenidən ələ almağa çalışır" - "The New York Times"

 
"Qarşıdakı aylar müharibənin dinamikasını müəyyən edə bilər..."
 
Ukraynanın son aylarda əldə etdiyi məhdud, lakin simvolik uğurlar fonunda Rusiya cəbhədə təşəbbüsü yenidən ələ almağa çalışır.
 
Moderator.az xəbər ki, bu barədə "nyt.com" nəşri yazıb.
 
Ukraynanın uğurları və Rusiyanın cavab planı
Fevraldan etibarən Ukrayna qüvvələri xüsusilə cənub istiqamətində aktivləşərək uzun müddət demək olar ki, dəyişməyən cəbhə xəttində irəliləyiş əldə edib. Məlumatlara görə, Kiyev 2023-cü ildən bəri ilk dəfə olaraq daha çox ərazini- təxminən 250 kvadrat kilometrə yaxın sahəni geri qaytara bilib.
 
Bununla belə, analitiklər bu uğurları həlledici dönüş nöqtəsi kimi qiymətləndirmir. Onların fikrincə, Rusiya yaxın aylarda başlayacaq yay-payız hücumları ilə vəziyyəti dəyişməyə cəhd edəcək.
 
Yeni hücum dalğası və "qala xətti" uğrunda döyüş
 
Son həftələrdə Rusiya qüvvələrinin hücum fəallığı artıb. Əsas diqqət Donetsk vilayətində yerləşən və "qala xətti" kimi tanınan müdafiə zolağına yönəlib. Bu ərazi Pokrovsk, Konstantinovka və Slavyansk kimi strateji şəhərləri əhatə edir.
 
Ukrayna tərəfi hesab edir ki, Moskva eyni vaxtda bir neçə istiqamətdə təzyiq göstərərək müdafiəni zəiflətməyə çalışacaq. Bu strategiya zəif nöqtələri tapıb cəbhəni yarmaq məqsədi daşıyır. Eyni zamanda, Rusiya Xarkov və Sumı istiqamətlərində də irəliləməyə cəhd edir, Donetsk vilayətində isə Ukrayna qüvvələrinin "çox ciddi təzyiq" altında olduğu bildirilir.
Texnologiya, dronlar və müharibənin yeni qaydaları
 
Müasir döyüşlərin əsas xüsusiyyətlərindən biri dronların dominantlığıdır. Həm Ukrayna, həm də Rusiya iri miqyaslı zirehli hücumlardan demək olar ki, imtina edib - səbəb isə pilotsuz aparatların bu cür texnikanı asanlıqla məhv etməsidir.
 
Ukrayna isə yeni yanaşmaya üstünlük verir: dronlarla kəşfiyyat və zərbələr; orta məsafəli hücum imkanlarının genişləndirilməsi; logistik hədəflərin vurulması. Ekspertlər bildirir ki, xüsusilə 50 km və daha uzaq məsafələrdə anbarların, yanacaq bazalarının və təchizat xətlərinin məhv edilməsi Rusiyanın hücum tempini ləngidə bilər.
 
Buna baxmayaraq, Rusiya canlı qüvvə baxımından üstünlüyünü qoruyur və ay ərzində müəyyən əraziləri tədricən ələ keçirmək potensialına malikdir. Lakin analitiklərin ümumi qənaətinə görə, bu irəliləyişlər böyük strateji dönüş yaratmaq üçün yetərli olmaya bilər.
Seçilən
30
1
moderator.az

2Mənbələr