ABŞ neftin qiyməti 200 dollara çatarsa, baş verə biləcək proseslərə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” nəşri mənbələrə istinadla məlumat yayıb.
Belə ki, Tramp administrasiyası neftin qiymətinin 200 dollara qədər artmasının ABŞ iqtisadiyyatına təsirini araşdırır.
Mənbələrin bildirdiyinə görə, ABŞ rəsmiləri Yaxın Şərqdəki uzunmüddətli münaqişə də daxil olmaqla, bütün gözlənilməz hallara hazır olduqlarından əmin olmaq istəyirlər.
Agentliyin mənbələri vurğulayıblar ki, bu iş gərginlik dövründə aparılan müntəzəm qiymətləndirmənin bir hissəsidir və proqnoz deyil.
Qeyd edilib ki, hətta bir neçə ay ərzində neftin 170 dollara qalxması belə ABŞ və Avropada inflyasiyanın sürətlənməsinə və iqtisadi artımın yavaşlamasına səbəb olacaq.
Nəşr bildirib ki, 2008-ci ildə olduğu kimi, 200 dollarlıq qiymət qlobal iqtisadiyyat üçün "böyük şok" olacaq.
Bizim.Media