AZ

Tehrandan açıqlama: “Heç bir danışıq aparılmır”

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin cari geosiyasi vəziyyətdə tutduğu mövqeyi açıqlayıb. Nazir hazırkı siyasətin yalnız müqaviməti davam etdirməkdən ibarət olduğunu və hər hansı danışıqların gündəmdə olmadığını qəti şəkildə vurğulayıb.

NOCOMMENT.az xəbər verir ki, Əraqçi mövcud gərginliyi “İran və Amerika müharibəsi” deyil, İsrailin ABŞ-ni sürüklədiyi bir qarşıdurma kimi xarakterizə edib. Onun sözlərinə görə, Vaşinqton İsrailin təhlükəsizliyini hər şeydən üstün tutur və regiondakı hərbi bazalar məhz Təl-Əvivin müdafiəsi üçün yaradılıb. Nazir həmçinin qeyd edib ki, ABŞ İsrail naminə hər şeyi qurban verməyə hazırdır.

İran rəsmisi İsrailin əsl məqsədinin regionun bir sıra ölkələrinin ərazilərini əhatə edən “Böyük İsrail” layihəsini reallaşdırmaq olduğunu iddia edərək, beynəlxalq ictimaiyyəti bu təhlükəyə qarşı diqqətli olmağa çağırıb.

Sara,
NOCOMMENT.az

Seçilən
31
nocomment.az

1Mənbələr