AZ

Rəhmon və Mirziyoyev Ali Dövlətlərarası Şuranın birinci iclasını keçirəcəklər

Tacikistan Prezidenti Emoməli Rəhmon Daşkənddə dövlət səfərindədir və orada Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə ali səviyyədə danışıqlar aparacaq.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Emoməli Rəhmonun dövlət səfəri martın 26-27-də keçiriləcək, o, Daşkənd və Buxaraya səfər edəcək.

Səfər çərçivəsində ali səviyyədə görüşlər və danışıqların aparılması, Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi, əməkdaşlığa dair xeyli sayda yeni sənədin imzalanması, eləcə də regionlararası biznes-forumun və bir sıra mədəni tədbirlərin, o cümlədən Dostluq Gecəsinin və Özbəkistanda Tacikistan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.

"Cebheinfo.az"

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr