AZ

Azərbaycan yığmasının matçının hakimləri müəyyənləşdi

Azərbaycan millisinin "FIFA Series – 2026" beynəlxalq turniri çərçivəsində Sent Lüsiya yığması ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

Apasport.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Giorgi Kruaşviliyə Levan Varamişvili və Giorgi Elikaşvili köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını Koba Revazaşvili yerinə yetirəcək.

Qeyd edək ki, martın 27-də baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.

Millimizin oyunu yunanlara həvalə olunub 

Mətbuat konfransının vaxtı dəyişdirildi

Kəmalə Əsgərova 18 yaşadək oğlanlar arasında Avropa çempionatında iştirak edəcək

Təmsilçimiz gümüş medal qazanıb

"Sumqayıt"ın yeniyetmələri beynəlxalq turnirdə

Seçilən
54
15
apasport.az

10Mənbələr