AZ

Türkiyədə zəlzələ olub

BAKI, 26 mart. TELEQRAF

Türkiyənin Elazığ bölgəsində zəlzələ baş verib.

Teleqraf AFAD-a istinadən xəbər verir ki, yerli vaxtla 10:37-də qeydə alınan yeraltı təkanların episentri Sivrice rayonu olub.

4,3 bal gücündə zəlzələ 11,33 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ Sivrice və ətraf rayonlarda, eləcə də şəhər mərkəzində hiss edilsə də, ilkin məlumatlarda təlafatın olmadığı bildirilir.

Seçilən
29
teleqraf.com

1Mənbələr