AZ

41 qanunsuz miqrant saxlanıldı, arasında azərbaycanlılar da var

Gürcüstanda qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Tbilisi və Batumi şəhərlərində 41 nəfər xarici ölkə vətəndaşı saxlanılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.

Türkiyə, Türkmənistan, Rusiya, Azərbaycan, Əlcəzair, Çin, Özbəkistan, Yəmən, İordaniya və İraq vətəndaşları olan həmin şəxslərin Gürcüstanda qanuni əsas olmadan yaşadıqları müəyyən edilib.

Əcnəbilər DİN-nin Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılırlar. Hazırda onların Gürcüstandan deportasiyası üçün müvafiq prosedurlar həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
15
olaylar.az

10Mənbələr