AZ

Sarkisyanın Paşinyana cavabının pərdəarxası: 28 il sonra gələn “Qarabağ etirafı”

Ermənistanın keçmiş Prezidenti Serj Sərkisyan baş nazir Nikol Paşinyanın “parlament seçkilərində müxalifətin qalib gələcəyi təqdirdə sentyabr ayında Azərbaycanla yeni müharibə riski yaranacaq” fikrinə sərt reaksiya verib. O, jurnalistlərə açıqlamasında Paşinyanın iddialarını əsassız adlandırıb və hakimiyyətə qayıdacağı təqdirdə Azərbaycanla müharibəyə başlamayacağını söyləyib.

NOCOMMENT.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın açıqlamasına münasibət bildirib.

Politoloq Elxan Şahinoğlu bildirib ki, Sərkisyanın bu gün dedikləri onun 28 il əvvəlki mövqeyi ilə ziddiyyət təşkil edir:

“1998-ci ildə İrəvanda keçirilən görüş zamanı o vaxt Ermənistanın daxili işlər və milli təhlükəsizlik naziri olan Serj Sərkisyan vasitəçilərin hazırladığı “mərhələli həll planı”nı – yəni işğal altındakı ətraf rayonların azad olunmasını – qəti şəkildə rədd etmişdi.

Sərkisyan prezident olduğu illərdə də həmin xəttə sadiq qaldı. Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçirilən sammitində Belarus Prezidenti Aleksandr Lukaşenkonun “boş olan 5 rayonu Azərbaycana qaytar” təklifinə Sərkisyan belə cavab vermişdi: “Əgər mən həmin rayonları qaytarsam, Azərbaycan yolları bağlayacaq və Qarabağı ‘işğal’ edəcək”.

Politoloq qeyd edir ki, Sərkisyanı əvəz edən Baş nazir Nikol Paşinyan da uzun müddət eyni siyasəti davam etdirdi, lakin müharibə reallıqları vəziyyəti dəyişdi 

“Paşinyan artıq müəyyən qədər reallığı qəbul edib. Amma nə Sərkisyanın, nə də onun keçmiş müttəfiqi Robert Koçaryanın dəyişdiyini söyləmək mümkündür. Onlar Qarabağ barədə açıq danışmağa cəsarət etməsələr də, Azərbaycanla sülh prosesini necə davam etdirəcəklərini hələ də bilmirlər”, – Şahinoğlu vurğulayıb.

Sara

NOCOMMENT.az 

Seçilən
34
nocomment.az

1Mənbələr