Banqladeşin mərkəzindəki Padma çayına sərnişin avtobusu aşıb. Hadisə nəticəsində ən azı 25 nəfər həyatını itirib.
Moderator.az bildirir ki, bu barədə "The Daily Star" nəşri məlumat verib.
Məlumata görə, içində 40-a yaxın sərnişinin olduğu avtobus pontonda dayandığı (suda ağır yüklərin üzərində dayanması üçün istifadə edilən üzən vasitə - red.) və bərəyə minik gözlədiyi zaman çaya düşüb. 11 sərnişin sərbəst şəkildə sahilə çıxa bilib.
Xilasedicilər qəzadan 6 saat sonra avtobusu çayın dibindən çıxara biliblər. Hazırda ölən 25 nəfərdən 23-nün şəxsiyyəti müəyyənləşdirilib. Ölənlər arasında qadınlar və uşaqlar var.