AZ

Rusiyada məktəblinin arbaletlə vurulması ilə bağlı cinayət işləri açılıb - YENİLƏNİB

Rusiyanın İstintaq Komitəsi Çelyabinskdəki məktəbdə şagirdin sinif yoldaşına arbaletlə hücum etməsi faktı üzrə cinayət işləri açıb.

Bu barədə "Far.Az" "Kommersant"a istinadən xəbər verir.

İlkin məlumatlara görə, 9-cu sinif şagirdi dərsə arbalet, siqnal tapançası və bibər qazı balonu gətirib və sinif yoldaşına atəş açıb, bundan sonra isə dördüncü mərtəbənin pəncərəsindən tullanıb. Şagirdlər sağdır, hücum edən və onun yaraladığı uşaq xəstəxanada yerləşdirilib.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 293-cü maddəsinin 1-ci hissəsi (səhlənkarlıq), 238-ci maddəsinin 1-ci hissəsi (vətəndaşların həyat və ya sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi) üzrə cinayət işləri başlanıb.

Nəşr qeyd edir ki, şagird qıza fişəngdən atəş açıb. Bununla yanaşı, yerli KİV-ləri şahidlərə istinadən qeyd edirlər ki, yeniyetmə arbaletlə müəlliməyə ox atmağa çalışıb, lakin hədəfdən yayınaraq məktəbli qızı vurub. Pəncərədən qaçmağa cəhd edərkən o, hər iki ayağını sındırıb.

Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti barədə dəqiq məlumat yoxdur. İstintaq Komitəsindən qeyd edilib ki, zərərçəkmiş qızın həyatı üçün heç bir təhlükə yoxdur, o, başından yüngül xəsarət alıb.

Məktəbdə dərslər dayandırılıb.

Rusiyanın Çelyabinsk şəhərindəki məktəblərinin birində 9-cu sinif şagirdi dərsə gətirdiyi arbaletdən atdığı oxla sinif yoldaşını yaralayıb.

"Far.Az" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə Çelyabinsk şəhərinin 32 nömrəli məktəbində baş verib.

"Şagird məktəbə arbalet keçirib və ondan sinif yoldaşı olan qızın başına ox atıb. Bundan sonra o, dördüncü mərtəbənin pəncərəsindən özünü atıb və ayaqlarını sındırıb", - KİV qeyd edib.

Məlumata görə, qız sağ qalıb.

Seçilən
15
far.az

1Mənbələr