Tbilisi, 26 mart, AZƏRTAC
Son dövrdə çoxsaylı ünsiyyətlər bizi ABŞ ilə Gürcüstan arasında strateji tərəfdaşlığın yenilənməsinin mümkün olacağına dair nikbinliyə sövq edir. Biz əsl strateji tərəfdaşlıq istəyirik və buna görə də deyirik ki, söhbətə təmiz vərəqdən, konkret yol xəritəsi ilə başlamalıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Imedi Live” televiziyasında çıxışı zamanı söyləyib.
Onun sözlırinə görə, nikbinliyin əsası var və bu nikbinlik qorunub saxlanılır.
"Bundan əvvəl kağız üzərində də olsa strateji tərəfdaşlıq var idi. Nə iqtisadiyyat, nə ticarət, nə də siyasət baxımından heç bir konkret nəticə yox idi. Biz əsl strateji tərəfdaşlıq istəyirik. Hər iki tərəfin maraqlarının əks etdirən konkret yol xəritəsi olmalıdır", - deyə Kobaxidze vurğulayıb.