AZ

Türkiyənin 140 min ton neftlə yüklü tankeri dronla vurulub

Türkiyəyə məxsus "ALTURA" adlı xam neft tankeri Qara Dənizdə dronla vurulub.

 

Rusiyadan yola çıxan və 140 min ton xam neft daşıyan tanker gəmi İstanbul Boğazından təxminən 15 mil uzaqlıqda, Qara dənizdə dron hücumuna məruz qalıb.

 

Hadisə zamanı güclü partlayış baş verib. Gəminin göyərtəsində və körpü hissəsində zədələnmə qeydə alınıb. Həmçinin ciddi fəsadlar nəticəsində gəmiyə su dolduğu bildirilib.

 

Gəmidəki 27 nəfərdən ibarət türk heyətinin vəziyyətinin yaxşı olduğu qeyd olunub.

 

APA

Tarix: 26 Mart 2026, 10:54   
Seçilən
45
20
pravda.az

10Mənbələr