AZ

İran ABŞ-nin Səudiyyə Ərəbistanındakı hərbi bazasına dron zərbəsi endirib

BAKI, 26 mart. TELEQRAF

İran Səudiyyə Ərəbistanında yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları ilə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, hücumların əsas hədəfi ölkənin şərq bölgələri olub və zərbələr bir neçə dron vasitəsilə həyata keçirilib.

Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı yanında müşavirlər qrupunun rəhbəri Ali Fadavi İran hərbçilərinin Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv etdiyini iddia edib.

Eyni zamanda, “Bloomberg” agentliyinin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Tehranın kritik infrastruktur obyektlərinə hücum edəcəyi təqdirdə İranla hərbi münaqişəyə qoşulma ehtimalını nəzərdən keçirir.

Seçilən
26
1
teleqraf.com

2Mənbələr