AZ

Türkiyənin neft tankerinə dron zərbəsi endirilib

Türkiyənin xam neft daşıyan “Alatura” neft tankeri pilotsuz təyyarə tərəfindən vurulub.
FED.AZ biznes və maliyyə xəbərləri portalı Türkiyə mediasına istinadən xəbər verir ki, “Altura” xam neft tankeri Rusiyanın Qara dəniz sahilindəki şimal-şərqində yerləşən Novorossiysk liman şəhərindən yola düşəndən sonra hücuma məruz qalıb.
Tankerin Rusiyanın Novorossiysk limanından yola düşdüyü və 140 min ton xam neft daşıyaraq İstanbula getdiyi bildirilir.

Seçilən
22
fed.az

1Mənbələr