Olaylar.az xəbər verir ki, bu barədə "Axios" öz mənbələrinə istinadən yazır.
Portalın yazdığına görə, ABŞ və İsrail müharibənin əksər məqsədləri üzrə razılığa gəlsələr də, İranda rejim dəyişikliyi məsələsində mövqeləri fərqlənir.
Tərəflər hakimiyyət dəyişikliyinə cəhd zamanı hansı səviyyədə xaos və qanlı zorakılıqların qəbul edilə biləcəyi ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər.
Materialda həmçinin qeyd olunur ki, müharibənin əvvəlində Tramp ABŞ-nin hərbi əməliyyatları başa çatdıqdan sonra İran xalqının hakimiyyəti öz əlinə almaq şansının olacağını bildirmişdi, lakin sonradan bu tezis onun ritorikasından çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31