AZ

Tehrandan Zəngəzur dəhlizi ilə bağlı yeniAÇIQLAMA

İran regiondakı gələcək təhlükəsizlik məsələlərində aktiv rol oynamağa hazırlaşdığını bəyan edib.

Redaktor.az xəbər verir ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqolami "Sputnik Ermənistan"a müsahibəsində ölkəsi ətrafında baş verən proseslərə münasibət bildirib.

Səfir qeyd edib ki, İranın Ali Lideri Əli Xameneinin ölümündən sonra ölkədə hakimiyyət boşluğu yaranmayıb. Onun sözlərinə görə, İran bəzi mühüm fiqurları itirsə də, yeni lider seçilib və daxili sabitlik qorunub saxlanılıb.

Diplomat vurğulayıb ki, İrana qarşı aqressiya zamanı qarşı tərəf iki əsas strateji məqsəd güdüb: idarəetmə sistemini çökdürmək və İran ordusunu zəiflətmək, lakin bu hədəflərin heç biri reallaşmayıb.

O, həmçinin bildirib ki, Tehran mümkün quru müdaxiləsi ehtimalını da nəzərə alır və bu ssenariyə qarşı konkret planlara malikdir. Səfir əlavə edib ki, belə bir ehtimal ABŞ-də, xüsusilə Donald Trumpın mövqeyi fonunda yaranan qarışıqlıq və gərginlik şəraitində daha da aktuallaşır.

Səfir Zəngəzur dəhlizinə də toxunub. Xəlil Şirqolami ABŞ-ın TRIPP layihəsində iştirakını nəzərə alaraq, müharibədən sonra İranın bu kontekstdə narahatlıqlarının daha da artdığını bəyan edib.

Seçilən
34
3
redaktor.az

4Mənbələr