AZ

Azərbaycan nefti yenidən UCUZLAŞDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,3 ABŞ dolları və ya 2 % azalaraq 113,7 ABŞ dolları təşkil edib.

Bizim.Media xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 109,58 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,14 ABŞ dolları və ya 2,84 % azalaraq 107,24 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Bizim.Media

Seçilən
22
35
bizim.media

10Mənbələr