AZ

Azərbaycanlı futbolçu Türkiyə klubu ilə anlaşdı – FOTO 

Azərbaycanlı futbolçu Denis Edilov karyerasını Türkiyədə davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi qardaş ölkənin Həvəskarlar Liqasında çıxış edən “Konyagücü” klubu ilə anlaşıb.

Bu barədə Konya təmsilçisi sosial şəbəkə hesabından paylaşım edib.

Xatırladaq ki, Edilov bir müddət öncə II Liqa klubu “Quba”dan “Qarabağ” klubuna transfer olunmuşdu.

Seçilən
41
idmanxeber.az

1Mənbələr