AZ

KİV: Türkiyənin neft tankeri dronla vurulub

Türkiyəyə məxsus "ALTURA" adlı neft tankerinin dron hücumuna məruz qaldığı iddia edilir.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, tanker İstanbul boğazının girişindən 15 mil (24,14 km) məsafədə vurulub.

Məlumata görə, hücum nəticəsində gəminin bəzi hissələrinə ziyan dəysə də, 27 nəfərlik heyət üzvləri zərər görməyib.

Tankerdə 140 min ton (1 milyon barel) neftin olduğu bildirilib.

Tankerin vurulması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Seçilən
41
7
hit.az

8Mənbələr