AZ

Yatarkən bunu edirsənsə, beynin təhlükə modundadır - VİDEO

“Əllərini boynunun altında birləşdirərək yatmaq müdafiə xarakterli bir davranışdır və bədənin təhlükə hiss etdiyini göstərə bilər. Bu da o deməkdir ki: sən yatarkən belə beynin özünü tam güvəndə hiss etmir”.

Ölkə.Az xəbər verir ki, bunu psixoloq Gülnarə Muxtarova deyib. O bu cür davranışın əsas səbəbinin yüksək kortizol (stress hormonu) olduğunu söyləyib:

“Bu, qısa müddətdə faydalıdır, amma uzun müddət yüksək qaldıqda bədən yavaş-yavaş siqnallar verməyə başlayır:

  • Yatırsan, amma dincələ bilmirsən,
  • Səhər oyandıqda yorğunluq keçmir,
  • Səbəbsiz aclıq hissi yaranır,
  • Qarın nahiyəsində yağlanma başlaya bilər,
  • Dəridə sızanaqlar və ləkələr yarana bilər,
  • Saç tökülməsi arta bilər,
  • İçində davamlı bir narahatlıq hissi ola bilər.

Çünki bədən istirahət etmək istəyir, amma zehin hələ də həyəcan və gərginlik vəziyyətindədir. 
Həqiqət budur ki, əgər kortizol uzun müddət yüksək qalsa, zehin və bədən həqiqi rahatlığı tapmaqda çətinlik çəkə bilər”, - deyə o əlavə edib.
 

Seçilən
35
1
olke.az

2Mənbələr