Türkiyə təmsilçisi “Ankaragücü” azərbaycanlı futbolçu Denis Ədilovun transferini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yarımmüdafiəçi burada 11 nömrəli forma geyinəcək.
Qeyd edək ki, 21 yaşlı futbolçu ötən ilin yayında “Qarabağ”a transfer olmuşdu.