AZ

18 yaşadək oğlanlar arasında Avropa çempionatında iştirak edəcək - Kəmalə Əsgərova

Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Sportinfo.az-ın Azərbaycan Voleybol Federasiyasına istinadən məlumatına görə, o, voleybol üzrə 18 yaşadək oğlanlar arasında keçirilən Avropa çempionatının oyunlarını idarə edəcək.

Təcrübəli hakim turnirin ikinci təsnifat mərhələsinin C qrupunun görüşlərində ədaləti qoruyacaq.

Martın 26–dan 28-dək Serbiyada təşkil olunacaq yarışda ev sahibi ilə yanaşı, Avstriya, Çexiya və Slovakiya yığmaları mübarizə aparacaqlar.

Seçilən
54
sportinfo.az

1Mənbələr