AZ

TƏCİLİ! Ukrayna Moskyava HÜCUM ETDİ – Hava limanları bağlandı

Rusiya paytaxtı növbəti dəfə kütləvi dron hücumuna məruz qalıb. Moskva meri Sergey Sobyaninin verdiyi məlumata görə, axşam saatlarında şəhər istiqamətində uçan 15 pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Sutka ərzində paytaxt yaxınlığında vurulan dronların ümumi sayı isə artıq 25-ə çatıb.

NOCOMMENT.az xəbər verir ki, hücum təhlükəsi ilə əlaqədar Moskvanın “Şeremetyevo” beynəlxalq hava limanında hava məkanına müvəqqəti məhdudiyyətlər qoyulub və “Xalça” (Kovyor) planı elan edilib. Hava limanının mətbuat xidmətindən verilən məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində təyyarələrin eniş və uçuşları müvəqqəti dayandırılıb.

Hazırda hava hücumundan müdafiə sistemləri gücləndirilmiş iş rejimində çalışır, qəza-xilasetmə xidmətləri isə dron qalıqlarının düşdüyü ərazilərdə araşdırmalar aparır. İlkin məlumatlara görə, ciddi dağıntı və tələfat qeydə alınmayıb.

Sara,
NOCOMMENT.az

Seçilən
22
2
nocomment.az

3Mənbələr