Antuan Qrizmannın “Orlando Siti”yə transferi rəsmiləşib.
"Football-plus.az" xəbər verir ki, bu barədə ABŞ klubunun yaydığı məlumatda fransalı hücumçunun müqaviləsinin iyul ayından, MLS-də yay “transfer pəncərəsi” açıldıqdan sonra qüvvəyə minəcəyi bildirilib.
Sözləşmənin müddəti 2027/28 mövsümünün sonuna qədər nəzərdə tutulub və sənəddə əlavə uzatma bəndi də nəzərdə tutulur.
Dünya çempionu bu mövsüm “Atletiko”nun heyətində meydana çıxdığı 43 matçda 13 qol vurub və 4 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta