Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın gənc stolüstü tennisçiləri Qazaxıstana yola düşüblər.
Hafta.az xəbər verir ki, milli komanda Aktobe şəhərində təşkil olunacaq Avrasiya Liqası yarışında mübarizə aparacaq.
Gənclərdən ibarət yığmanın baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə martın 27-də qüvvəsini sınayacaq. Yarışın ilk turuna martın 30-da yekun vurulacaq.
Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komanda analoji yarışda debüt edib. Səkkiz oyundan 7-də qələbə qazanan Azərbaycan seçməsi ilk turun nəticələrinə əsasən ikinci pillədə qərarlaşıb.