Anqoladakı müstəntiqlər hesab edirlər ki, iki rusiyalı 2024-2025-ci illərdə siyasi vəziyyətə təsir göstərmək üçün məlumat toplayıb və görüntülər çəkiblər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, siyasi məsləhətçi İqor Ratçin və tərcüməçi Lev Lakştanov Anqolada məhkəmə qarşısına çıxarılıblar. BBC-nin məlumatına görə, onlar casusluq, dezinformasiya yaymaq və ölkədə keçirilən prezident seçkilərinə təsir göstərməyə cəhd etməkdə ittiham olunurlar.
İş materiallarına görə, məlumat toplamaq və çəkiliş aparmaqla yanaşı, təqsirləndirilən şəxslər yerli mediada nəşrləri maliyyələşdirməkdə də ittiham olunurlar. Müstəntiqlər iddia edirlər ki, onlar bununla ictimai rəyə və siyasi proseslərə təsir göstərməyə cəhd ediblər.
Həmçinin qeyd olunur ki, onların fəaliyyətləri “Vaqner” özəl hərbi şirkətin dağılmasından sonra yaranan şəbəkə ilə əlaqəli ola bilər.
Eyni işdə iki Anqola vətəndaşı da iştirak edir. Onlar əlaqə qurmağa və materialların yayılmasına kömək etmək də daxil olmaqla, euslara kömək etməkdə ittiham olunurlar.
Musavat.com