Yaxın Şərqdə gərginlik daha təhlükəli mərhələyə keçir.
Musavat.com xəbər verir ki, İran quru müdaxiləsi olacağı təqdirdə Bab əl-Məndəb boğazını bağlaya biləcəyini açıqlayıb.
Məlumata görə, bu barədə Tasnim xəbər agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, Tehran belə bir addımı strateji cavab variantı kimi nəzərdən keçirir.
Bab əl-Məndəb boğazı dünya ticarəti üçün həyati əhəmiyyət daşıyan əsas dəniz yollarından biridir. Bu keçid Qırmızı dəniz ilə Ədən körfəzi arasında yerləşir və Süveyş kanalı vasitəsilə Avropa–Asiya ticarətinin əsas marşrutlarından sayılır. Boğazın bağlanması qlobal enerji və yük daşımalarında ciddi böhran yarada bilər.
Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı baş katibi Antonio Quterreş regiondakı vəziyyətin nəzarətdən çıxdığını bildirib. O, tərəfləri eskalasiyanı dayandırmağa və diplomatik həll yollarına qayıtmağa çağırıb.
Musavat.com