AZ

NBC News: Trampa müharibə ilə bağlı xüsusi videolar göstərilir...

ABŞ prezidenti İranla bağlı zərbələrin seçilmiş görüntülərini izləyir...

Poliqon xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb. Məlumata görə, ABŞ Prezidenti Donald Trampa hər gün ABŞ-nin İrana qarşı həyata keçirdiyi ən uğurlu hərbi zərbələri əks etdirən xüsusi montaj edilmiş videolar təqdim olunur.

Bildirilir ki, bu videolar əsasən son 48 saat ərzində həyata keçirilmiş ən iri və effektli hücumların kadrlarını əhatə edir. Adətən təxminən iki dəqiqə davam edən bu çarxlar bəzən daha uzun olur. Mənbələrdən biri həmin görüntüləri “ard-arda partlayış səhnələrinin yer aldığı kadrlar toplusu” kimi təsvir edib.

NBC News telekanalının məlumatına görə, bu videolar Trampın müharibə ilə bağlı əldə etdiyi yeganə informasiya mənbəyi deyil. ABŞ prezidenti eyni zamanda yüksək rütbəli hərbçilər və kəşfiyyat nümayəndələri, xarici liderlər, eləcə də media vasitəsilə mütəmadi məlumatlandırılır.

Bununla belə, bəzi müttəfiqlər narahatlıq ifadə edirlər ki, seçilmiş görüntülərin təqdim edilməsi Trampın münaqişə barədə tam və obyektiv mənzərə əldə etməsinə mane ola bilər. Onların fikrincə, bu cür videolar hadisələrin yalnız müəyyən tərəfini göstərir və ümumi vəziyyəti əks etdirmir.

Eyni zamanda qeyd olunur ki, bu videolar Trampın kütləvi informasiya vasitələrinin müharibəni işıqlandırma tərzinə qarşı narazılığını daha da artırır. Məlumata görə, prezident qapalı görüşlərdə müşavirlərinə suallar ünvanlayaraq soruşur ki, niyə onun administrasiyası ictimai rəyə daha effektiv təsir göstərə bilmir və niyə media müharibəni onun gördüyü kimi təqdim etmir.

Analitiklər hesab edirlər ki, informasiya təqdimatının bu cür formatda qurulması qərarvermə prosesinə təsir göstərə bilər və liderin vəziyyəti qiymətləndirməsində müəyyən qərəz risklərini artırır.

Poliqon.info

Seçilən
41
poliqon.info

1Mənbələr