BAKI, TurkicWorld, Orxan Qədirzadə
İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü yaydığı videomüraciətdə ölkə ordusunun (SAXAL) Livanın cənubunda "bufer zona"nı genişləndirdiyini rəsmən elan edib. Baş nazir bu addımın İsrailin şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.
TurkicWorld xəbər verir ki, Netanyahu İsrail qüvvələrinin Qalileya bölgəsinə hər hansı sızma cəhdinin qarşısını alan "real təhlükəsizlik zonası" yaratdığını bildirib.
Netanyahunun bəyanatında İsrailin hərbi kampaniyasının növbəti mərhələsi üçün üç əsas prioritet qeyd olunub:
Bufer zonanın genişləndirilməsi İsrail yaşayış məntəqələrinə qarşı tank əleyhinə raketlərin (ATGM) təhlükəsini minimuma endirməyə xidmət edir.
Baş nazir qeyd edib ki, "Hizbullah"ın hərbi infrastrukturunun məhv edilməsi İsrailin Livandakı əməliyyatlarının mərkəzi hədəfi olaraq qalır.
Netanyahu Livan cəbhəsindəki döyüşlərin İranla olan daha geniş hərbi münaqişənin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb.