AZ

Tramp mayın 14-15-də Çinə səfər edəcək

ABŞ Prezidenti Donald Tramp mayın 14-15-də Pekinə səfər edəcək.

AP xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, Tramp Çinə səfəri çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşəcək.

Qeyd olunur ki, bu səfər əvvəl planlaşdırılsa da, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda təxirə salınmışdı.

Bildirilib ki, Vaşinqton hazırda Tehrana atəşkəslə bağlı təklifləri qəbul etdirməyə çalışır.

Eyni zamanda qeyd olunur ki, səfərin yenidən planlaşdırılması ABŞ-ın digər dövlətlərdən Hörmüz boğazının təhlükəsizliyinin təmin olunmasına dəstək istəməsi fonunda baş verir.

Seçilən
26
6
apa.az

8Mənbələr