AZ

Zəngəzur dəhlizi bizim üçün unikal yerdir - Mitsidis

Zəngəzur dəhlizi bizim üçün unikal bir yerdir.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bunu beynəlxalq səyyahlar platforması olan “NomadMania” klubunun təsisçisi və rəhbəri Harri Mitsidis Qarabağa səfər ərəfəsi jurnalistlərə deyib.

“Bu səfərdə məni ən çox həyəcanlandıran məhz Zəngəzur dəhlizi”, - o bildirib.

O qeyd edib ki, planlaşdırılan marşruta əsasən, heyət dəhlizin başlanacağı nöqtəyə səfər edəcək və bunun ilk xarici ziyarətlərdən biri olacağı gözlənilir.

Mitsidis, eyni zamanda, bölgədə aparılan bərpa və quruculuq işlərini yüksək qiymətləndirərək vurğulayıb ki, əvvəllər xarabalıq vəziyyətində olan ərazilərdə artıq genişmiqyaslı tikinti işləri həyata keçirilir.

Bununla yanaşı, o, regionda mövcud olan mina təhlükəsinə də toxunub. Bildirib ki, əvvəlki səfərlər zamanı bəzi ərazilərə giriş məhdud idi və təhlükəsizlik məsələləri xüsusi diqqət tələb edirdi. Onun sözlərinə görə, hazırda bu istiqamətdə də ciddi işlər görülür.

Səfər proqramına əsasən, nümayəndə heyəti Baku şəhərindən yola düşərək Ağdam, Şuşa, Xankəndi, Laçin, Cəbrayıl, Fizuli şəhərlərinə səfər edəcək və Zəngəzur dəhlizinin keçəcəyi əraziyə baş çəkəcək.

Seçilən
4
3
bakivaxti.az

4Mənbələr