AZ

Melaniya Tramp Lukaşenkoya cavab verdi: Yalandır

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-ın birinci xanımı Melaniya Tramp Belarus Prezidenti Aleksandr Lukaşenkonun onun adından səsləndirdiyi iddiaları təkzib edib.

Globalinfo.az-ın xəbərinə görə, o bildirib ki, Lukaşenkonun guya ukraynalı uşaqların ailələrinə qaytarılması məsələsində vasitəçilik etməsi üçün ona müraciət ünvanlamaları barədə açıqlamaları həqiqəti əks etdirmir.

Melaniya Tramp vurğulayıb ki, işğal olunmuş ərazilərdən aparılan uşaqların geri qaytarılması ilə bağlı bütün danışıqlar birbaşa şəkildə onun özü, rəsmi nümayəndəsi, eləcə də Rusiya və Ukrayna hakimiyyətləri arasında aparılıb.

Birinci xanım xüsusi olaraq qeyd edib ki, bu prosesdə heç bir vasitəçi iştirak etməyib və bu sıraya Aleksandr Lukaşenko da daxil deyil.

Xatırladaq ki, Lukaşenko bu barədə açıqlamanı ABŞ rəsmisi Con Colenun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında səsləndirib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
globalinfo.az

1Mənbələr