Türkiyənin "Qalatasaray" klubunun yarımmüdafiəçisi Qabriel Sara İngiltərə Premyer Liqası təmsilçilərinin diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, "TEAMtalk" nəşrinin yaydığı məlumata görə, braziliyalı futbolçu ilə eyni vaxtda 5 ingilis klubu maraqlanır.
Bu komandalar arasında "Aston Villa", "Brayton", "Brentford", "Bornmut" və "Nyukasl Yunayted" kimi klubların adları çəkilir.
Sara bu mövsüm "sarı-qırmızılılar"ın heyətində göstərdiyi effektiv oyunla transfer bazarının əsas hədəflərindən birinə çevrilib.
Klubların futbolçunun transfer şərtlərini öyrənmək üçün artıq ilkin araşdırmalara başladığı bildirilir.
"Qalatasaray" rəhbərliyi isə aparıcı oyunçusunu komandada saxlamaq niyyətindədir.