AZ

Azərbaycanda daha bir dəhşətli QƏZA: yaralılar var – YENİLƏNİB

Biləsuvarda baş verən yol qəzasında xəsarət alanların səhhəti məlum olub.

NOCOMMENT.az-ın sorğusuna cavab olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 25.03.2026-cı il tarixində 15:10 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə 4 nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan iki nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

 

***

Biləsuvarda iki maşın toqquşub, xəsarət alanlar var.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə yeni Ələt–Astara magistralında, Biləsuvar rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində hərəkətdə olan “Mercedes” və “Rexton” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində “Rexton” markalı avtomobildə olan Qubadlı rayon sakinləri – 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

“Mercedes” markalı avtomobildə olan bir nəfər isə topuq nahiyəsindən xəsarət alıb. Həmin şəxsə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

NOCOMMENT.az

Seçilən
27
2
nocomment.az

5Mənbələr