AZ

“Yaxın Şərqdəki müharibə nəzarətdən çıxıb” - Quterreş

“Yaxın Şərqdəki müharibə nəzarətdən çıxıb və həddindən artıq irəli gedib”.

Missiya.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib.

Quterreş qeyd edib ki, dünya daha geniş münaqişə və qlobal iqtisadi şok təhlükəsi ilə üz-üzədir:

“Münaqişə liderlərin ağlasığmaz hesab etdiyindən daha artıq həddi keçib. Beynəlxalq hüquqa tam hörmətlə yanaşmağa başlamağın vaxtıdır”.

BMT Baş katibi eyni zamanda ABŞ və İsraili müharibəyə dərhal son qoymağa, İranı isə münaqişə tərəfi olmayan qonşu ölkələrə hücumları dayandırmağa çağırıb.

Seçilən
0
2
missiya.az

3Mənbələr