AZ

Biləsuvarda yol qəzasında xəsarət alanların səhhəti məlum olub - YENİLƏNİB

Biləsuvarda baş verən yol qəzasında xəsarət alanların səhhəti məlum olub.

"Report"un Muğan bürosunun sorğusuna cavab olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 25.03.2026-cı il tarixində 15:10 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə 4 nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan iki nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

Biləsuvar rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt–Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
16
far.az

1Mənbələr