AZ

Mikroplastikləri bədəndən xaric edə bilən qida açıqlandı

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son illər gündəlik həyatın görünməyən təhlükələrindən sayılan mikroplastiklər artıq insan orqanizmində də aşkarlanır. Ölçüsü 5 millimetrdən kiçik olan bu hissəciklər içdiyimiz sudan, yediyimiz qidadan, hətta nəfəs aldığımız havadan bədənə daxil olur və müxtəlif orqanlarda toplanır.Demokrat.az xəbər verir ki, araşdırmalar onların beyin, qaraciyər, qan, ağciyər və hətta plasentada belə mövcud ola bildiyini göstərir.Alimlər bildirir ki, mikroplastiklər hüceyrələrə zərər verir, allergik reaksiyalara səbəb olur və xüsusilə bağırsaq mikroflorasını pozaraq uzunmüddətli sağlamlıq problemlərinə yol aça bilər.Bununla belə, son tədqiqatlar müəyyən ümidverici nəticələr ortaya qoyur. Cənubi Koreyada fəaliyyət göstərən Dünya Kimchi İnstitutu tərəfindən aparılan araşdırmada fermentləşdirilmiş qidaların bu zərərli hissəciklərin bədəndən çıxarılmasına kömək edə biləcəyi müəyyən edilib.Tədqiqat qrupu, kimçi tərkibində olan laktik turşu bakteriyalarını araşdırıb. Xüsusilə “Leuconostoc mesenteroides CBA3656” adlı bakteriyanın mikroplastikləri özünə bağlama qabiliyyəti diqqət çəkib. Siçanlar üzərində aparılan eksperiment zamanı bu bakteriya verilən qrupun ifrazatında nanoplastiklərin miqdarının iki dəfədən çox olduğu müşahidə edilib. Bu isə həmin maddələrin bağırsaqda tutulub orqanizmdən xaric edildiyini göstərir.Tədqiqat rəhbərlərindən olan alimlər fermentləşdirilmiş qidalarda olan mikroorqanizmlərin plastik çirklənməsinin yaratdığı sağlamlıq risklərinə qarşı potensial vasitə kimi qiymətləndirilə biləcəyini qeyd edir.Alimlər gündəlik rasionda fermentləşdirilmiş məhsullara yer verməyi tövsiyə edir. Bu qidalar arasında qatıq, kefir, kələm turşusu, pendir, maya əsaslı çörək, zeytun və kimçi yer alır.Məsələ ilə bağlı araşdırmalar davam edir. Alimlər hesab edir ki, bu istiqamətdə daha geniş tədqiqatlar aparıldıqca mikroplastiklərin insan sağlamlığına təsirinə qarşı yeni yanaşmalar ortaya çıxa bilər.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
demokrat.az

1Mənbələr