AZ

Harri Mitsidis: Qarabağda aparılan yenidənqurma işlərinin miqyası heyrətamizdir

Qarabağda aparılan yenidənqurma işlərinin miqyası heyrətamizdir

"Far.Az" xəbər verir ki, bunu "NomadMania" səyyahlar klubunun rəhbəri Harri Mitsidis bəyan edib.

"Mən Qarabağda üç dəfə olmuşam və sabah yenə gedəcəyəm; bu, mənim dördüncü səfərim olacaq", - deyə o bildirib.

O, Qarabağa ilk səfəri zamanı bölgədəki dağıntıların şahidi olduğunu, lakin bərpa işlərinin hazırda sürətlənmiş templə davam etdiyini və bu, çox ümidverici olduğunu söyləyib.

"İlk səfərimlə, hər şey xarabalığa çevrildiyi vaxtla müqayisədə tikinti və bərpa işlərinin miqyası indi çox təsirlidir. Bütün bunlar Qarabağa çoxlu sayda vəsait qoyulduğunu göstərir. Hər dəfə ora səfər edəndə əhəmiyyətli dəyişikliklər görürəm", - deyə o, yol infrastrukturundan və hava limanı tikintisindən də çox təsirləndiyini vurğulayıb.

Qarşıdan gələn səfər barədə danışan qrup rəhbəri qeyd edib ki, bu səfərin başlanğıc nöqtəsi Ağdam olacaq və bu səfər zamanı qrup həmçinin Zəngəzur dəhlizinin başladığı əraziyə də baş çəkəcək:

"Zəngəzur dəhlizinin başlamalı olduğu nöqtəyə gedəcəyik. Anladığım qədəri ilə, ora gedən ilk xarici qrup biz olacağıq - bu, çox vacibdir".

Qrupun lideri həmçinin Qarabağda hələ də aktual problem olaraq qalan mina problemini də vurğulayıb. O, mülki əhalinin yaşadığı və köçdüyü ərazilərdə mina çirklənməsinin qəbuledilməz olduğunu bildirib və bu problemin həllini əsas prioritet adlandırıb.

"Bu, əhalinin geri qayıtmasına ciddi maneədir: torpaq minalanırsa, orada yaşamaq və işləmək mümkün deyil. Deyərdim ki, minaların təmizlənməsi bir nömrəli prioritetdir", - deyə o bildirib və qeyd edib ki, bu, olduqca bahalı, mürəkkəb və vaxt aparan bir prosesdir və iştirak edənlər üçün risklərlə əlaqələndirilir.

Seçilən
35
1
far.az

2Mənbələr